“Məktəblinin dostu Mircabirdən gözəl bir addım gördük. Yüksək tərbiyə sahibi olan bu gənc məktəb dəhlizində qızıl sırğa tayı tapıb və həmən bizə məlumat verib”.
Yenisabah.az xəbər verir ki, bunu Bakı şəhəri Binəqədi rayonu 3 saylı tam orta məktəbin direktoru Almaz Həsrət rəsmi “Facebook” hesabında yazıb. Direktor sırğa sahibini tapdıqlarını da vurğulayıb:
“Valideyni məktəbə dəvət etdik. Sırğa sahibinə təhvil verildi. Mircabirin bu davranışını nümunə kimi paylaşmaq istədim. Bu cür gənclərimizlə fəxr etməyə dəyər. Siz də tanıyın”. Toyuqlu pizza
Telegram kanalımız