Məktəbi vaxtından əvvəl bitirmək istəyənlər imtahan verəcək

saytların hazırlanması

Evə çatdırılma

Məktəbi vaxtından əvvəl bitirmək istəyənlər imtahan verəcək

Sosial

05 Yanvar 2022 12:36 648


Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, eksternat imtahanı yanvarın 7-də təşkil olunacaq. 

İdarədən Yenisabah.az-a verilən məlumata görə, ümumi təhsil müəssisələri tərəfindən müvafiq müşayiət məktubu ilə adları təqdim edilmiş şagirdlərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq. İmtahan hər fəndən 10 sual olmaqla, fənn proqramlarına uyğun hazırlanacaq və nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlərin eyni zamanda müxtəlif fənn proqramlarını mənimsəmə səviyyəsi, psixoloji sağlamlığı, yaradıcı potensialı və ümumi dünyagörüşü də yoxlanılacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!