Məktəblərdə nəzarət GÜCLƏNDİRİLİR -   DİN HƏRƏKƏTƏ KEÇDİ

saytların hazırlanması

Evə çatdırılma

Məktəblərdə nəzarət GÜCLƏNDİRİLİR - DİN HƏRƏKƏTƏ KEÇDİ

Sosial

03 Sentyabr 2026 10:09 64


Yeni dərs ilinin başlanması ilə əlaqədar ölkə ərazisində uşaq və yeniyetmələrin yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə “Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək.

"Yeni Sabah" xəbər verir ki, Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən, təhlükəsizlik aylığı sentyabrın 5-dən oktyabrın 5-dək davam edəcək.

Tədbir çərçivəsində uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər gücləndiriləcək. Toyuqlu pizza

Həmçinin onların hərəkət marşrutları və təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraiti müayinə olunacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq, nişanlanma xətləri çəkiləcək və ya yenilənəcək.

Bununla yanaşı, təhsil işçiləri, valideynlər və ictimai təsisatlarla birgə təhsilalanlar arasında yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirmə və təbliğat-təşviqat işləri intensivləşdiriləcək.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yollarda uşaq travmatizminin minimuma endirilməsi məqsədilə hər kəsi ictimai iştirakçılığa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə və azyaşlılara bu məsələdə şəxsi nümunə göstərməyə çağırıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!