Məktəblərdə “Rəqəmli bacarıqların inkişaf etdirilməsi” layihəsi təqdim edilib   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Məktəblərdə “Rəqəmli bacarıqların inkişaf etdirilməsi” layihəsi təqdim edilib - Fotolar

Sosial

13 Oktyabr 2023 18:00 434


“Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən icra edilən “Rəqəmli bacarıqların inkişaf etdirilməsi” layihəsi çərçivəsində oktyabrın 13-də Bakıda yerləşən 202 və 56 nömrəli tam orta məktəblərdə təqdimat tədbirləri keçirilib. 

Təqdimatlarda bildirilib ki, son dövrdə təhsil sahəsində innovativ texnologiyaların geniş tətbiqinə, tədrisdə virtual reallığa keçid prosesinə töhfə vermək məqsədilə icra edilən layihənin əsas tərkib hissəsi olaraq yeniyetmə və gənclərin rəqəmsal bilik və bacarıqlarının artırılmasına yönəlmiş 40 animasiyalı videoçarx hazırlanıb. Xarici tədris resursları əsasında ana dilində hazırlanan videoçarxlar kibertəhlükəsizlik, proqramlaşdırma, biznes texnologiyaları, əməliyyat sistemləri, hesablama platformaları, fayl formatlarının növləri, süni intellekt, rəqəmsal marketinq və bu kimi digər faydalı mövzuları əhatə edir. “#reqemliol” portalının “Rəqəmli Bacarıqlar” bölməsində yerləşdirilən videoçarxlar onlayn tədris resurslarına əlçatanlığın təmin edilməsi, daha çox gəncin bu sahədə maarifləndirilməsi və müasir texnologiyalar haqqında yeni biliklərə yiyələnməsi baxımından əhəmiyyət daşıyır. Videoçarxlar portalla eyniadlı “YouTube” kanalı və sosial şəbəkə hesablarında da ictimaiyyətin istifadəsinə təqdim edilib. Görüş zamanı şagirdlər, həmçinin “#reqemliol” portalının məqsədi, istifadəçilərə yaradılan imkanlar, insanların onlayn təhsilə, alış-verişə və xidmətlərə olan ehtiyaclarının ödənilməsi baxımından funksionallığı haqqında da məlumatlandırılıblar. Dördpendirli pizza

Görüş zamanı şagirdlər, həmçinin “#reqemliol” portalının məqsədi, istifadəçilərə yaradılan imkanlar, insanların onlayn təhsilə, alış-verişə və xidmətlərə olan ehtiyaclarının ödənilməsi baxımından funksionallığı haqqında da məlumatlandırılıblar. Dördpendirli pizza

Qeyd  edək ki, “Rəqəmli bacarıqların inkişaf etdirilməsi” layihəsi Elm və Təhsil Nazirliyinin elan etdiyi “2022/2023-cü illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində həyata keçirilir. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!