Məktəblərdə Xocalı soyqırımı haqda dərslər keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Məktəblərdə Xocalı soyqırımı haqda dərslər keçiriləcək

Sosial

22 Fevral 2022 09:57 627


25-26 fevral tarixlərində təhsil müəssisələrində Xocalı soyqırımına həsr edilən xüsusi dərslər keçiriləcək.

Təhsil Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, bu barədə Təhsil Nazirliyinin "Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Tədbirlər Planı”nda qeyd edilib.

Tədbirlər Planına uyğun olaraq, ümumi təhsil müəssisələrində karantin rejiminin tələbləri nəzərə alınmaqla Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiyaların, şagirdlərin əl işlərindən ibarət rəsm sərgilərinin təşkili, sənədli və bədii filmlərin nümayişi nəzərdə tutulur. pizza hut

Həmçinin Bakı Dövlət Universiteti, ADA Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində Xocalı soyqırımının ildönümünə həsr olunan beynəlxalq tədbirlərin təşkili planlaşdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!