Məktəbləri bağlamaq doğrudur? - “Təhsil Nazirliyinin fəaliyyətini dayandırmaq lazımdır“

saytların hazırlanması

Evə çatdırılma

Məktəbləri bağlamaq doğrudur? - “Təhsil Nazirliyinin fəaliyyətini dayandırmaq lazımdır“

Sosial

01 Aprel 2021 16:52 1261


“Bir həftə bundan əvvəl mən ənənəvi təhsilin aprelin 5-də dayandırılacağını demişdim. Məktəbləri bağlamaqla bağlı qərar qəbul etmək yanlışdır. Çünki Azərbaycan Respublikasının Təhsil Nazirliyi distant təhsil üçün heç bir resurs yaratmayıb. Tədrisin qiymətləndirməsi həyata keçirilməyib”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Ekspert vurğulayıb ki, hazırda Bakı şəhərinin mərkəzində kimin pulu varsa, uşaqlarını müəllim yanına qoyur, pulu olmayanlar isə çətin vəziyyətlə üzləşir:

“1-2-ci sinif şagirdləri oxuyub-yazmağı bilmirlər, hərf tanımırlar, çox ciddi çətinliklə üzləşirlər. Bunların fonunda, əlbəttə ki, məktəbləri bağlamaq olmazdı. İkincisi, Gürcüstanda yoluxma sayı bizdən kifayət qədər çoxdur, amma orada tədris öz qaydasında davam edir. Mən də bilirəm ki, insan sağlamlığı önəmlidir, amma digər addımlarla bunun qarşısını almaq olardı. Düzdü, bölgələrdə tədris davam edəcək, amma iri şəhərlərdə məktəblərin bağlanması nəticəsində ümumi məktəbəgedənlərin 60 faizi əyani təhsildən məhrum qalacaq. Əslində, bu problem yalnız yoluxma müşahidə olunan məktəbləri bağlamaqla həll edilməli idi. Uşaqların itirdikləri biliyi heç kim onlara geri verməyəcək. Ötən il martdan sonra itirilən təhsili biz uşaqlara verdikmi ki? Bu il də eyni ssenari yaşanır. Bu qərarı mən yanlış hesab edirəm”. pizza

Həmsöhbətimiz hesab edir ki, hər hansı tədqiqat aparmadan, yalnız sosial şəbəkəyə arxalanıb belə qərar vermək məntiqli deyil:

“Bu qərarın qarşısının alınması üçün mən kifayət qədər çalışdım, amma görünən odur ki, Təhsil Nazirliyi sosial şəbəkələrin qarşısında aciz qaldı. Onlayn təhsilin keyfiyyətindən birmənalı danışmaq olmaz, çünki keyyfiyyətsiz və lazımsızdır. Şagirdlərdə savadsızlıq olacaq. Hamısı kameranı, mikrofonu söndürüb yatır. Bu bir il ərzində tətbiq edilməli olan sistemlə bağlı təklifi hazırlayıb vermişəm. Sadəcə bunlar lazımsız layihələrə pul ayırırlar, amma belə şeylərə yox”. 

Kamran Əsədov hazırda Təhsil Nazirliyinin fəaliyyətini dondurmağın vacib olduğunu vurğulayıb:

“Dərslər distant ola-ola onlar niyə maaş alır ki? Heç birinə maaş verməyək də. Dövlət təhsil siyasətini həyata keçirməyin prinsipləri var. O həyata keçirilmirsə, deməli, ümumiyyətlə, Təhsil Nazirliyinin maliyyələşməsini dayandırmaq lazımdır”.

Sayad HƏSƏNLİ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!