Məktəbli qızın atasının vəziyyəti pisləşdi - Qızın nənəsi danışdı +VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Məktəbli qızın atasının vəziyyəti pisləşdi - Qızın nənəsi danışdı +VİDEO

Sosial

20 Fevral 2024 13:47 1445


Sosial şəbəkədə Bakının Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli məktəbin şagirdlərinin öz məktəb yoldaşını bullinqə məruz qoyduğunu nümayiş etdirən video yayılıb.

Məktəbin şagirdi olduğu bildirilən Rzaguliyeva Dilarə Rza qızı məktəb yoldaşına qarşı etdiyi qısnayıcı hərəkətlərini videoya çəkdirərək sosial şəbəkədə paylaşıb. Həmin videolardan görünür ki, D.Rzaquliyeva məktəb yoldaşının alnına ədəbsiz sözlər yazır, onun başında yumurta qırır və saçlarını qayçı ilə kəsir.

Yenisabah.az xəbər verir ki, Xəzər TV-nin əməkdaşları zərərçəkmiş qızın ailəsini tapıb. Dördpendirli pizza

Qızın nənəsinin sözlərinə görə, nəvəsi ilə həmin şagird arasında əvvəldən mübahisə yaşanıb və nəvəsi onu təhqir edib. Bundan sonra həmin şagird qızı çağıraraq sözügedən hadisəni törədib.

Nənə bildirib ki, onlar həm qohum, həm də qonşudurlar, buna görə də barışığın olmasının tərəfdarıdır. Hadisədən sonra zərərçəkən qızın atasının vəziyyəti pisləşib və təcili yardım çağırılıb. Bundan əlavə, qızın anasının da psixoloji problemləri var və o, öz qızını günahkar bilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!