Məktəblilərin beynəlxalq qiymətləndirməsi: Niyə aşağı nəticə göstərmişik?

saytların hazırlanması

Evə çatdırılma

Məktəblilərin beynəlxalq qiymətləndirməsi: Niyə aşağı nəticə göstərmişik?

Sosial

11 Dekabr 2023 15:04 507


Bu yaxınlarda PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) tədqiqatının 2022-ci il üzrə nəticələri açıqlanıb.

Sözügedən nəticələr heç də ürəkaçan deyil. Keçən ilki tədqiqatda əsas sahə olan riyaziyyat fənnindən 81 ölkədən ümumən 700 000-ə yaxın şagird qiymətləndirmədə iştirak edib və Bakı məktəbləri ilə təmsil olunan Azərbaycan sıralamada 81 ölkə arasında 56-cı yerdədir.

Sonuncu sıralarda olmağımıza səbəb nədir? Marqarita pizza

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan təhsil eksperti Elçin Əfəndinin fikrincə, bu obyektiv qiymətləndirmə deyil:

“Bu qiymətləndirmə sadəcə Bakı şəhərində yerləşən məktəbləri əhatə etdiyi üçün bütün ölkə üzrə obyektiv qiymətləndirmə olduğunu demək doğru deyil. Növbəti mərhələdə paytaxtla yanaşı, bölgələrin də həmin tədqiqatda iştirak etməsi nəzərdə tutulub. Yalnız bu halda çıxan nəticələrlə bağlı müzakirə etmək olar.

Bu qiymətləndirmə bütün məktəbləri əhatə edəndən sonra nəticələr dəyişə, mənfi, ya da müsbət ola bilər. 2025-ci ildə keçiriləcək növbəti sorğudan sonra nəticələri daha dəqiq görmək mümkün olacaq”.

Ekspert Azərbaycan məktəblilərinin beynəlxalq qiymətləndirmədə yüksək nəticə göstərə bilməməsinin səbəbini də açıqlayıb:

“Belə bir vəziyyətin yaranmasının başlıca səbəbi pandemiya dövrü ilə əlaqədardır. Hətta inkişaf etmiş ölkələrdə də problemi bununla əsaslandırırlar. Amma elə ölkələr də var ki, pandemiya təsir etməyib və daha yaxşı nəticələr əldə edilib.

Fikrimcə, yalnız bu kriteriya əsas deyil ki, bunu tutarlı səbəb hesab edək. Əsas problem oxuyub-anlama ilə bağlıdır. Hazırda nəinki şagirdlər, eyni zamanda, yuxarı yaş kateqoriyasından olan insanlar, ali təhsilli olsalar da, bu barədə çətinlik yaşayırlar.

PİSA qiymətləndirmə metodunun nəticələri açıqlandıqdan sonra Təhsil İnstitutuna tapşırıq verilib ki, sözügedən problem aradan qaldırılsın. Bu istiqamətdə işlərin görülməsinə isə artıq başlanılıb. Hansı ərazilərdə nəticələrin pis ya da yaxşı olması ilə bağlı paytaxt üzrə araşdırmalar aparılır. Həmçinin beynəlxalq qiymətləndirmə zamanı bölgələrdə də yaxşı nəticələr əldə etmək üçün işlərə start verilib”.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!