Melaniya Tramp Lukaşenkodan Ukrayna ilə bağlı xahiş etdi

saytların hazırlanması

Evə çatdırılma

Melaniya Tramp Lukaşenkodan Ukrayna ilə bağlı xahiş etdi

Siyasət

20 Mart 2026 22:25 1025


"ABŞ-nin birinci xanımı Melaniya Tramp Belarus Prezidenti Aleksandr Lukaşenkodan Rusiya lideri Vladimir Putinlə Rusiyada itkin düşmüş ukraynalı uşaqlarla bağlı danışmasını xahiş edib".

"Yeni Sabah" xəbər verir ki, bu barədə BELTA agentliyinə istinadən A.Lukaşenko ABŞ nümayəndə heyəti ilə keçirilən görüşü şərh edərkən jurnalistlərə açıqlama verib. Heyətə xüsusi nümayəndə Con Kol rəhbərlik edib.

"Melaniya Ukraynadakı müharibə nəticəsində guya Rusiyada itkin düşmüş uşaqların siyahısını mənə təqdim etdi. O, məndən xahiş etdi ki, Vladimir Putinlə görüş zamanı bu siyahını ona çatdırım və bu məsələni müzakirə edim ki, həmin uşaqları - çox güman ki, müharibədən qaçmış uşaqları - Rusiyada tapaq və əgər onlar hazırdırlarsa, Ukraynaya qaytaraq", - deyə prezident bildirib. Dominos pizza

Belarus lideri qeyd edib ki, bu xahişi yerinə yetirməyə razıdır:

"Əgər Melaniya xahiş edirsə, mən bu məsələni "böyük qardaş"a çatdıracağam, bu problem deyil. Lakin bunun uğrunda mübarizə aparmayacağam, çünki bu uşaqların həqiqətən olub-olmadığını və siyahının kim tərəfindən təqdim edildiyini bilmirəm. Mən sadəcə bu məlumatı ötürəcəyəm və bu mövzuda danışacağıq", - deyə o vurğulayıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!