Mələkxanım Eyubovadan səhhəti ilə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Mələkxanım Eyubovadan səhhəti ilə bağlı açıqlama

Şou

26 İyun 2025 00:04 1529


Xalq artisti Mələkxanım Eyubova sosial şəbəkədə səhhətində yaranan problemin səbəbini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, sənətçi ürəkbulanma səbəbindən ötən gün canlı yayımlanan "Muğam müsabiqəsi"ni yarımçıq tərk etmək məcburiyyətində qaldığını bildirib:

"Bu günlərdə çox gərgin iş rejimində çalışdığım üçün soyuqlamışdım və bu mənim mədəmə təsir etmişdi. Dünən düşündüm ki, yaxşı olaram, məsuliyyətimdən dolayı dünənki buraxılışı Xəzər rayonunda keçirilən "Muğam müsabiqəsi"nə qatıldım. Lakin yarışma başlayandan 15-20 dəqiqə sonra ürəkbulanma mənə orada sona qədər əyləşməyimə imkan vermədi. Buna görə də zalı tərk etmək məcburiyyətində qaldım. Tez zamanda Xəzər rayonunun təcili yardımı gəldi və 3 saat ərzində mənə öz yardımlarını yüksək səviyyədə göstərdilər. Xəzər rayonunun icra başçısı Elşən müəllim və onun komandasına, təcili yardım əməkdaşlarına mənə göstərdikləri diqqət və qayğıya görə öz təşəkkürümü bildirirəm. Mənim üçün narahat olan, maraqlanan hər kəsə öz təşəkkürümü bildirirəm". Pepperoni pizza

Qeyd edək ki, sənətçi "Muğam müsabiqəsi"nin münsifidir./Axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!