Məleykə Abbaszadə bu gün abituriyentləri maraqlandıran suallara cavab verəcək

saytların hazırlanması

Evə çatdırılma

Məleykə Abbaszadə bu gün abituriyentləri maraqlandıran suallara cavab verəcək

Sosial

23 Avqust 2021 10:59 776


Avqustun 20-dən başlayaraq, ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi aparılır. İnternet vasitəsilə aparılan proses avqustun 30-dək davam edəcək.

Yenisabah.az xəbər verir ki, bu sahədə yaranmış çoxsaylı müraciətləri nəzərə alan Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün abituriyentlərin suallarını cavablandıracaq.

Məleykə Abbaszadə bu gün saat 15:00-da Dövlət İmtahan Mərkəzinin “Facebook” səhifəsi vasitəsilə suallara cavab verəcək. pizza mizza

DİM sədri II və III ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərə diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verəcək və abituriyentlərin suallarını cavablandıracaq.

İxtisas seçimi ilə əlaqədar olan sualları Dövlət İmtahan Mərkəzinin “Facebook” səhifəsində yerləşdirilən elanın altına yaza bilərsiniz.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!