Xalq artisti Məleykə Əsədova qızına sosial şəbəkələri qadağan edib.
Yenisabah.az xəbər verir ki, aktrisa bu barədə qonağı olduğu “Rəngarəng səhər” verilişində danışıb.
O, qızı Gülərə “İnstagram”ı və “TikTok”u qadağan etdiyini deyərək hər kəsi təəccübləndirib: Marqarita pizza
“Məktəb vaxtı ona telefonu və planşeti yalnız şənbə və bazar günləri verirdim. Lakin pandemiya dövründə dərslər onlayn oldu deyə, telefondan istifadə etdi. İndi universitetdə oxuyur.
Bəzən deyir ki, ana, uşaqların “Instagram”ı var, amma deyirəm ki, ehtiyac yoxdur. Oradan nə öyrənə bilər ki?! Nə isə öyrənmək istəsə, kitablardan öyrənə bilər.
Özümün də “TikTok” hesabım yoxdur. “Instagram” isə işim üçündür, mən tanınmış adamam, oradan izləyicilərimə müraciət edirəm, tamaşalarım haqda məlumat verirəm”.
Qeyd edək ki, Xalq artistinin qızı Gülər ADA universitetində təhsil alır. Bu barədə məlumat verən sənətçi qızının yüksək balla ali məktəbə daxil olduğunu bildirmişdi.
Telegram kanalımız