Məleykə Əsədovanın qızına qoyduğu qadağa - “Mən razı deyiləm...“

saytların hazırlanması

Evə çatdırılma

Məleykə Əsədovanın qızına qoyduğu qadağa - “Mən razı deyiləm...“

Şou

29 Noyabr 2021 12:46 1039


Xalq artisti Məleykə Əsədova qızına sosial şəbəkələri qadağan edib.

Yenisabah.az xəbər verir ki, "Xəzər" telekanalında yayımlanan “Sənətdən kənar” proqramına qatılan aktrisa qızı Gülərəyə “Tik-Tok”, “İnstagram”a girməyə icazə vermədiyini deyib:

“Sosial şəbəkələr, sadəcə sənəti ucuzlaşdırmadı, eyni zamanda, insanları da dəyişdi. Şəxsən mən qızıma “Tik-tok”, “Instagram”, “Facebook”-a girməyə icazə vermirəm. Özü də bilir ki, anası onun həmin platformalardan istifadə etməsini istəmir. Mən razı deyiləm qızım sosial şəbəklərdən istifadə etsin. Nə öyrənəcək oradan? Yaxşısı budur çoxlu kitab oxusun, oradan lazımi biliklər əldə etsin”. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!