Məmur övladlarının milyonluq maşın kolleksiyası – Fotolar
26 Sen 2020 13:00
2541

Məmur övladlarının milyonluq maşın kolleksiyası – Fotolar

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yerli və mərkəzi icra hakimiyyətlərində keçirdiyi xüsusi əməliyyatlardan sonra yüksək vəzifəli şəxslərin dəyəri milyonlarla ölçülən sərvəti hansı yollarla qazandığı tam çılpaqlığı ilə məlum oldu. Cəmiyyət əməliyyat çəkilişləri vasitəsilə əyanı şəkildə gördü ki, icra başçıları və digər yüksək vəzifəli şəxslər rüşvət və korrupsiyadan əldə etdikləri vəsaitlərlə oliqarxa çevriliblər. Ona görə də cəmiyyət DTX-nın anti-korrupsiya tədbirləri çərçivəsində keçirdiyi bu əməliyyatları yüksək qiymətləndirməklə yanaşı “qara maskalı qardaş”a yeni ünvanlar göstərməyə başladı.

Prezident İlham Əliyevin DTX-nın xüsusi əməliyyatları çərçivəsində həyata keçirilən məmur həbsləri barədə danışarkən prosesin davamlı olacağını, heç kimə güzəşt edilməyəcəyini qəti şəkildə bildirməsi cəmiyyəti daha da ümidləndirdi. Sosial şəbəkələrdə ayrı-ayrı məmurların, onların övladlarının bahalı avtomobillərinin, dəbdəbəli villalarının, obyektlərinin fotoları yayılmağa başlandı. 

Yenisabah.az xəbər verir ki, bu günlərdə daha bir məmurun övladlarının bahalı avtomobil kolleksiyasından fotolar yayılıb. Həmin məmur Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Məmmədovdur.

Blogger Həbib Müntəzirin yazdığına görə, İlham Məmmədovun övladları Kənan və Nicatın avtomobil kolleksiyasına dövlət nömrə nişanı 90LV800, 90HL333, 90OV800, 90OR800, 99GE080 olan  “Range Rover”, “Mercedec AMG S65”, “Mercedec S500”, “Toyota Camry” kimi bahalı maşınlar daxildir. “Nömrələrdən və “İnstagram” hesablarından görünür ki, ən çox sevdikləri rəqəm 800 rəqəmidir. Mən onların avtomobillərini bir fotoya güclə sığdırdım, hələ bəziləri qaldı, şərhə ataram”,- deyə blogger qeyd edib.

Bərdə rayonu ən çox narazılığın olduğu bölgələrdən hesab edilir. Yerli icra hakimiyyətlərin əməliyyatlar başlayanda sosial şəbəkələrdə DTX əməkdaşlarının Bərdəyə də “qonaq” gedə biləcəkləri barədə məlumatlar yayılmışdı.

Məmur övladlarının milyonluq maşın kolleksiyası – Fotolar
Məmur övladlarının milyonluq maşın kolleksiyası – Fotolar
Məmur övladlarının milyonluq maşın kolleksiyası – Fotolar
Məmur övladlarının milyonluq maşın kolleksiyası – Fotolar
Məmur övladlarının milyonluq maşın kolleksiyası – Fotolar
Məmur övladlarının milyonluq maşın kolleksiyası – Fotolar
Məmur övladlarının milyonluq maşın kolleksiyası – Fotolar
Məmur övladlarının milyonluq maşın kolleksiyası – Fotolar
Məmur övladlarının milyonluq maşın kolleksiyası – Fotolar
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər