Məmurlar Bakıda ağacları kəsib şəxsi park yeri düzəltdi – Şok fotolar

saytların hazırlanması

Evə çatdırılma

Məmurlar Bakıda ağacları kəsib şəxsi park yeri düzəltdi – Şok fotolar

Sosial

07 İyun 2022 08:48 9743


Paytaxtın Bülbül prospektində ağaclar kəsilib. 

“Yeni Sabah” xəbər verir ki, hadisə Bülbül prospekti, 18. Ünvanında baş verib. Əvvəllər Azərtac Dövlət Agentliyi də bu bunada yerləşib.

Fotolardan da görünür ki, ağaclar elə bu günlərdə kəsilib. Ağacların kəsildiyi yerdə səki bir qədər daraldılıb və orada bir neçə avtomobil üçün şəxsi park yeri salınıb. Başqa maşınların daxil olmaması üçün dəmir maneələr qoyulub də kilidlənib. Bunu kim edib? Hələlik bəlli deyil. Çox güman ki elə həmin binada yerləşən məmurlardan biri… Dördpendirli pizza

Hadisəyə reaksiya verən tanınmış ictimai xadim Azər Qərib bunun bespredelın pik nöqtəsi olduğunu deyib: “50 metr aralığda yeraltı parkinq var, amma məmur axı xalqın içi ilə 50 metr gedə bilməz, özünə yaraşdırmaz bunu, gərək kabinetindən çıxıb dərhal xidməti avtomobilinə minsin. 

Mən söz tapa bilmirəm, şəhərin tam mərkəzində ağacları kəsib, piyada səkini daraldıb, camaatın yolunu kəsib özünə parkovka düzəldəsən?

Bu qədərmi harınlaşma prosesi dərinləşib? 

Görəsən 200 metr aralığda yerləşən Səbayıl İcra hakimiyəti və Ekoloqiya Nazirliyi nə düşünürlər bu haqda? Yenə dövlət büdcəsindən 5-10 manat cərimə verməkləmi bitəcək məsələ?

Şokdayam açığı”.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!