Aparıcı Ceyran Rəhimova Xalq artisti Zülfiyyə Xanbabayeva ilə bağlı maraqlı etiraf edib.
Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu barədə o, “Rəngarəng səhər” verilişində danışıb.
Xanbabayevanı yalnız gözləri görünən fotosundan tanıyan Rəhimova bunları söyləyib: Dördpendirli pizza
“Onu tanımaya bilməzdim. Mən orta məktəbdə təhsil alanda Zülfiyyə xanım pioner dəstə rəhbərim olub. Beşinci sinifdə oxuyurdum. Zülfiyyə xanım məktəbdən məzun olmuşdu. Lakin həmin il İncəsənət Universitetinə qəbul ola bilməmişdi. Bizim məktəbdə işə girmişdi, bir illik çalışırdı.
Nazpəri Dostəliyeva, Həmidə Ömərova ilə bir məktəbdə oxumuşuq. Demək olar ki, Nazpəri xanımın böyük övladı ilə yaşıdam. Zeynəb Dostəliyevanın qızı ilə birgə oxumuşam. Onların övladları yaşındayam. Kilo versə də, alsa da, mən Zülfiyyə xanımı tanıyıram”.
Telegram kanalımız