Bu gün saytımızda “Misir Mərdanovun qardaşı Yasamal Rayon İcra Hakimiyyətini məhkəməyə verdi” başlıqlı yazı işıq üzü gördükdən sonra yazıda adı hallanan Mərdanov İlham Cumayıl oğlu redaksiyamıza zəng edərək bəzi məsələlərə aydınlıq gətirib.
İ.Mərdanovun sözlərinə görə, Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küçəsi-43 ünvanındakı mənzilini 10 il əvvəl başqa bir şəxsə satıb:
“Mənim həmin binada mənzilim olub, razıyam, ancaq 10 il qabaq həmin mənzili Aslan Dəmirov adlı şəxsə satmışam. İndi baxıram məhkəməyə şikayət edənlər sırasında həm onun, həm də mənim adım var. Mənim adımı o siyahıya kim salıbsa, məndən xəbərsiz salıb. Mən heç kimi məhkəməyə verməmişəm. Həmin mənzili satmağıma səbəb də o oldu ki, bina problemli idi, mən də problemdən uzaq adamam. Mən özüm araşdıracam görüb adımı şikayətçilər sırasına kim salıb”. pizza sifarişi
Qeyd edək ki, Yasamal rayonu, Ç.Mustafayev küçəsi-43 ünvanındakı binanın 18 sakini Yasamal Rayon İcra Hakimiyyətini məhkəməyə verib.
Sakinlər Bakı İnzibati Məhkəməsinə yazdıqları ərizələrində göstəriblər ki, icra hakimiyyəti və Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 15 mərtəbəli binanı müvafiq dövlət qərarı olmadan özbaşına sökmək adı altında ələ keçirmək istəyirlər.
Qeyd edək ki, bina 2009-cu ildə 0,25 ha torpaq sahəsi üzərində inşa olunub. Yaşayış binası bir girişli olmaqla, bir səviyyəli zirzəmidən və 15 mərtəbədən ibarətdir. Binada 49 mənzil var. Bina müasir tələblərə cavab verdiyindən, dövlət orqanlarının, o cümlədən FHN-nin müsbət rəyi ilə istismara qəbul edilib. Sakinlər tərəfindən demək olar bütün mənzillər təmir edilib, binada su, qaz, elektrik enerjisi və liftdə var.
Telegram kanalımız