“Mən kimdən rüşvət almışam?!” - Sabiq icra başçısı

saytların hazırlanması

Evə çatdırılma

“Mən kimdən rüşvət almışam?!” - Sabiq icra başçısı

Sosial

15 İyul 2022 08:34 1601


Göyçayın sabiq icra başçısı Mehdi Səlimzadə vəzifəsindən azad edildikdən sonra ilk dəfə açıqlama verib.

Qaynarinfo-nun sullarına cavablandıran Mehdi Səlimzadə hazırda heç bir işlə məşğul olmadığını bildirib.

"Allaha şükür yaxşıyam. Pensiyadayam. Təqaüdümlə dolanıram. İşsizəm", deyə keçmiş başçı qeyd edib. Dominos pizza

Hazırda Bakıda yaşadığını bildirən Mehdi Səlimzadə "İndi yay fəslidir. Dincəlirəm. Fikirləşirəm ki, yaydan sonra hansısa bir işlə məşğul olum" deyib.

Bu ilin fevral ayında Prezident İlham Əliyevin sərəncamı ilə işdən çıxarılan Mehdi Səlimzadənin korrupsiya və rüşvətə görə vəzifəsindən uzaqlaşdırıldığı deyilirdi. Sabiq icra başçısının bu iddialara cavabı belə olub:

"Yazırlar da (gülür). Bu insanlar hər şeyi yazır. Gedib rayonda soruşsunlar, görüm, mən kimdən rüşvət almışam. Hamısı yalan söhbətlərdir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!