“Mən nazirliyin adının dəyişməsinin təşəbbüskarı olmamışam” 

saytların hazırlanması

Evə çatdırılma

“Mən nazirliyin adının dəyişməsinin təşəbbüskarı olmamışam” 

Sosial

29 İyul 2022 10:20 3092


“Mən hazırda vətəndən kənardayam. Düzdür, bu qərarla tanışam, ancaq tam dəqiq araşdırmaq imkanım olmayıb. Arzu edirəm ki, Azərbaycan üçün, dövlətimiz, millətimiz üçün xeyirli olsun”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycanın sabiq Təhsil naziri Misir Mərdanov deyib.

Eks-nazir Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncam barəsində fikirlərini bölüşüb. pizza

Xatırladaq ki, Prezidentin imzaladığı fərmana əsasən, Təhsil Nazirliyinin adı dəyişdirilərək Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb. Bununla yanaşı, AMEA-nın bir neçə institutları və şöbələri də yeni yaradılan Nazirliyin tərkibinə daxil edilib.

Həmsöhbətimiz onu da əlavə edib ki, o, Təhsil Nazirliyinin adının dəyişdirilməsinin və AMEA-nın ləğv edilməsinin təşəbbüskarı olmayıb:

“Mən Təhsil Nazirliyinin adının dəyişdirilməsi və ona “Elm” sözünün birləşdirilməsinin təşəbbüskarı olmamışam. Hər halda demişdim ki, Akademiyada gedən işlər məni qane etmir, ancaq nə olacağı haqqında bir fikir söyləməmişdim. 

İndi cənab Prezident sərəncam imzalayıb və hər birimizin borcudur ki, o sərəncamın yerinə yetirilməsi istiqamətində işimizi davam etdirək. Düşünürəm ki, xeyirli olar.

Həmçinin, bizim institut da Nazirliyə (AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu – red.) birləşdirildi.

Son olaraq isə inanmaq istəyirəm ki, bu birləşmə faydalı olacaq”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!