Bu gün bəlli olub ki, eyni zamanda iki rusiyalı biznesmen Rusiya Federasiyasının vətəndaşlığından imtina edib.
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın RBK nəşri məlumat yayıb.
Bunlardan biri dəfələrlə və açıq şəkildə Ukraynada müharibənin əleyhinə çıxıç edən Oleq Tinkovdur. Dördpendirli pizza
"Mən Rusiya vətəndaşlığından çıxmaq qərarına gəlmişəm. Mən adımın öz dinc qonşusu ilə müharibəni başlayan və hər gün günahsız insanları qətlə yetirən faşist ölkəsi ilə birgə hallanmasını istəmirəm və bunu bacarmıram. Mən bu pasportu daşımağa utanıram.
Mən ümid edirəm ki, getdikcə daha çox tanınmış rusiyalı biznesmen Putin rejimini və onun iqtisadiyyatını zəiflətmək və nəticə etibarilə onun məğlubiyyətinə gətirib çıxarmaq üçün mənim kimi hərəkət edəcək. Mən Putin Rusiyasına nifrət edirəm, lakin birmənalı şəkildə bu ağılsız müharibəyə qarşı çıxan bütün rusiyalıları sevirəm!"- Tinkov özünün "İnstagram" səhifəsində yazıb.
İkinci biznesmen "Revolyut" maliyyə startapın həmtəsisçisi və icraçı direktoru Nikolay Storonskidir. Bu barədə "Forbes" nəşri məlumat verib.
Məlumatda deyilir ki, "biznesmen əvvəlkitək qətiyyətlə döyüş əməliyyatlarının dərhal dayandlırılmasına çağırış edir".
"Xüsusi əməliyyat başlanandan sonra "Revolyut" bütün əməkdaşlarına Ukraynaya köçmək üçün yardımını təklif edib, həmçinin Rusiyada ofisini bağlayıb.
Tinkov və Storonski Rusiya vətəndaşlığından imtina edən ilk biznesmenlər deyil.
Oktyabrda milyardçı Yuri Miller Rusiya pasportundan imtina edib. Sentyabrda İrəvanda anadan olmuş sahibkar Ruben Vardanyan, iyunda "Freedom Finance" invest şirkətinin təsisçisi Timur Turlov da Rusiya vətəndaşlığından imtina edib.
Kreml biznesmenlərin qərarına münasibət bildirib. Putinin mətbuat katibi Dmitri Peskov deyib:
"Bu, onların hüququdur. Mən belə anlayıram ki, onların biznesi praktiki olaraq qalmayıb. Yəni faktiki olaraq onlar ölkəmizin sahibkarlıq həyatında iştirak etmir. Mənim dediklərim bu qədər", - Peskov bəyan edib.
Telegram kanalımız