“Mən siqaret çəkirəmsə deməli pozğunam?” –   Pərvin Abıyeva

saytların hazırlanması

Evə çatdırılma

“Mən siqaret çəkirəmsə deməli pozğunam?” – Pərvin Abıyeva

Şou

11 İyul 2019 05:31 2160


Tanınmış aktrisa Pərvin Abıyeva siqaretlə yayılan fotosessiyasından sonra açıqlamalar verib.

“Yeni Sabah” xeberchi.az -a istinadən bildirir ki, aktrisa, həmin fotosessiyanın ardından bunları deyib:

"Əslində bu fotosessiyanı " Siqaretə yox” devizi ilə yaymaq istəyirdim. Sonra fikrimi ümumiyyətlə dəyişdim, yaymadım. Amma fotoqraf öz səhifəsində yayımlamışdı deyə, fotolar yayıldı. Düzü etiraz etmədim. Düşündüm aktrisayam bu da bir obrazdı.  Dominos pizza

Sabah kinodan təklif gələ bilər ki, Pərvin bu obrazda oyna, siqaret çək. Mən aktrisayam deməliyəm yox siqaret çəkmirəm?! Nə var ki burada böyüdüləsi?! Bu dəqiqə Azərbaycanın 70 faizi siqaret çəkir. 

Mən siqaret çəkirəmsə deməli pozğunam?! Bu nə absurd fikirlərdi axı... Ona qalsa Nəsibə Zeynalovanın "Qaynana " filmində siqaretlə səhnəsi var. Nənələrimiz siqaret çəkib. Yenə deyirəm bu sadəcə fotosessiya idi”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!