“Mən susum, sən sus, bəs kim danışsın?!” - “Milyonlarla pul ayrılır”

saytların hazırlanması

Evə çatdırılma

“Mən susum, sən sus, bəs kim danışsın?!” - “Milyonlarla pul ayrılır”

Şou

10 Yanvar 2023 15:10 1960


İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyən müəllim Leyla Nəcəfquliyeva ətrafında gedən müzakirələr səngimək bilmir. 

Tanınmış şairə Nazilə Səfərli də məsələyə səssiz qalmadı. 

O, Elm və Təhsil Nazirliyinə müraciət edərək hətta bu işi öz öhdəsinə götürməyə də hazır olduğunu bildirdi.  Dominos pizza

Şairənin bu fikirləri isə sosial şəbəkələrdə birmənalı qarşılanmadı, bəziləri onun bu paylaşımını “şou”, “zarafat” adlandırdı. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Nazilə Səfərli paylaşımında heç bir zarafat olmadığını, sözügedən məsələnin kifayət qədər ciddi problem olduğunu deyib: 

“Nə zarafatı? Bu uşaqların taleyidir. Özünüzü həmin uşağın yerinə qoyun, təsəvvür edin ki, ayaqyolu növbəsində qalmısınız, uşaqsınız, çatdıra bilməmisiniz. Hamı da sizin başınıza yığışıb gülür. Necə olarsınız? Bu hadisə həmin uşağın psixologiyasına ömürlük təsir edir, bunu başa düşmək lazımdır. Məktəb direktoru bunu anlamırsa bizə nə olub? Deyirlər məktəbin 3 sanitar qovşağı var, bu mənə məşhur el məsəli “yağım var, it dərsində”ni xatırladır. İşləməyəndən sonra neynirəm o sanitar qovşağı? Məktəb elm ocağıdır, müəllimlər sussun, mən susum, sən sus, bəs kim danışsın?!” 

Şairə hər il dövlət büdcəsindən məktəblər üçün ayrılan büdcənin aidiyyatı üzrə xərclənmədiyini bildirib:

“Guya biz bilmirik hər il büdcədən məktəblərə nə qədər pul ayrılır? Guya biz bilmirik ki, Prezident məktəblərin təmiri məsələsinə necə həssas yanaşır? Ucqar kənddir deyə elə bildiniz hamı sakit duracaq? Ağzını açana töhmət yazırsınız ki, daha danışmasın. Yazıq müəllimin arxasında biz dayanmasaq kim dayanacaq? İstəmirəm kimsə mənə xoş söz yazsın, heç kimin tərifinə möhtac deyiləm! Mən həmin paylaşımı məktəbli uşaq üçün, onun gələcəyi üçün etmişəm, ictimailəşdirmişəm. Bilirsiniz, o uşaqlar böyüyürlər, hətta ailə qururlar, sonra hamı deyir ki, “Yadındadır, məktəb vaxtı şalvarını islatmışdın?” Bu psixoloji travmadır. Özünüzü bir anlıq həmin uşağın yerinə qoyun, görün nə yaşayırsınız...  

Məktəb direktoru tikinti ilə məşğul deyil, amma çalışdığı məktəbdəki problemlərdən aidiyyəti qurumları agah etmək onun birbaşa vəzifəsidir. Hər il büdcədən məktəblər üçün milyonlarla manat pul ayrılır. Əziz məktəb direktoru, sənin kabinetindəki sanitar qovşağı işləməsə hara gedəcəksən? Təbii ki, təcili düzəldəcəksən. Məktəbli uşaqların gücü yoxdur deyə belə etmək lazımdır? Özünə tez çarə tapırsan, səni ayaqyolu növbəsində o qədər gözlətsək xoşuna gələrmi? Sənin bizdən nə fərqin var, hansı üstünlüyə, hansı aliliyə sahibsən? Yeni məktəb tikilirmiş, məktəb binası tikmək corab hörmək deyil ki, 1 həftəyə hazır olsun. Bu proses azı 2 il çəkir. İndi 2 il ərzində tualet işləməyəcək, belə şey olur?!”

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!