Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Mən Tanrıya yox, özümə inanıram” - Zlatan İbrahimoviç
02 Dek 2021 00:59
438

“Mən Tanrıya yox, özümə inanıram” - Zlatan İbrahimoviç

İsveçli hücumçu Zlatan İbrahimoviç tanrıya və axırətə inanmadığını deyib.

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, hücumçu dini inancları ilə bağlı "Corriere dello Sport"a müsahibəsində danışıb.

İbrahimoviç anasının xorvatiyalı katolik, atasının isə bosniya və herseqovinalı müsəlman olduğunu qeyd edib. 

İsveçli hücumçu yalnız özünə inandığını, dini inancının olmadığını özünəməxsus şəkildə əsaslandırıb:

"Yalnız özümə inanıram. Bu, həyatdır. Öləndə ölüsən. Heç bilmirəm dəfn mərasimi və məzar istəyirəm, ya yox. Axı, məni sevənlər həmin vaxt əziyyət çəkəcəklər. Xurafat da mənlik deyil. "Uğurlar" sözü xoşuma gəlmir, mənə lazım deyil. Çünki nəyin necə ediləcəyinə özüm qərar verirəm".

Qeyd edək ki, Zlatan İbrahimoviçin açıqlamaları daim birmənalı olaraq qarşılanmır. Onu açıqlamalarına görə tənqid edən azarkeşlərin sayı kifayət qədərdir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər