“Mən  Zauru, Elgizi, Xoşqədəmi mətbuata ləkə hesab edirəm” - Əməkdar jurnalist

saytların hazırlanması

Evə çatdırılma

“Mən Zauru, Elgizi, Xoşqədəmi mətbuata ləkə hesab edirəm” - Əməkdar jurnalist

Sosial

23 Avqust 2023 16:32 44486


Azərbaycanda yay aylarında istirahət sektorunda qiymətlərin bahalaşmasıyla bağlı şikayətlər intensiv xarakter alır. Vətəndaşlar sosial şəbəkələrdə yazır ki, rayonlardakı bir çox otellərdə yay tətilini keçirmək üçün orta aylıq əməkhaqqı yetərli deyil. 

Lakin bir müddət əvvəl tanınmış teleaparıcı Elgiz Əkbər Qəbələdəki vəziyyət barədə açıqlama verərək qiymətlərin heç də deyilən kimi olmadığını iddia etdi. Onun sözlərinə görə, Qəbələdə bütün otellər, istirahət mərkəzləri və fərdi evlər doludur və yer tapmaq demək olar ki, mümkünsüzdür. E.Əkbərin sözlərinə görə, rayonlarda restoranların qiyməti də Bakıdan daha ucuzdur. 

Məsələ ilə bağlı əslən Qəbələdən olan Əməkdar jurnalist İttifaq Mirzəbəyli Yenisabah.az-a danışıb. O, vəziyyətin qətiyyən Elgiz Əkbərin dediyi kimi olmadığını bildirib:  Sezar pizza

"Bu açıqlamanı oxuduqdan sonra hətta sosial şəbəkə hesabımda da bu barədə post paylaşmışdım. Vəziyyət heç də deyildiyi kimi deyil. Qəbələdə turistlərə göstərilən xidmət Tbilisidə göstərilən xidmətdən 20 dəfə bahadır. İki dəfə baha olsaydı, haradasa başa düşmək olardı, amma düz 20 dəfə oradan daha bahadır. Qəbələdəki kanat yolu ilə getmək üçün 20 manat ödəməlisən, Tbilisidəki həmin kanat yolunun gediş haqqı bizim pulla 2 manat 50 qəpikdir. Hər şey Tbilisidəki xidmətdən daha bahadır. 

Ümumiyyətlə, mən Elgiz Əkbərin adını belə çəkmək istəmirəm, çünki o, mətbuata, jurnalistikaya, televiziyaya ləkədir. Mən sosial şəbəkə hesabımda paylaşım etdikdə belə qeyd etmişdim ki, "hansısa aparıcı". Əgər başa düşsə, ona başa salmaq istəmişəm ki, Qəbələdəki xidmət çox baha qiymətədir. Bundan artıq heç nə deyə bilmirəm. Mən Elgiz, Zaur, Xoşqədəm kimi adamları mətbuata ləkə hesab edirəm və onlar haqqında heç nə demək istəmirəm". 

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!