Qırğızıstan Prezidenti Sadır Japarova qaçaq qazax oliqarxı Muxtar Ablyazov 2020-ci ildə Qazaxıstanda dövlət çevrilişi etməyi təklif edib.
"Yeni Sabah" super.kg-yə istinadla xəbər verir ki, Japarovun sözlərinə görə, Ablyazovla telefon danışığı 2020-ci ildə olub.
"O, məni qırğız xalqının üçüncü inqilab münasibəti ilə təriflədi və məndən kömək istədi. Dedi ki, Qazaxıstanda inqilab təşkil etmək üçün Bişkekə uçacaq. Cavab verdim ki, qonşu ölkələrin siyasətinə qarışmıram və Qazaxıstanla münasibətləri korlamayacağam", - Japarov bildirib. pizza hut
Japarov Ablyazovun 2020-ci ilin oktyabrında Qırğızıstanda baş verən hadisələr zamanı ondan pul istəməsi ilə bağlı dediklərini də təkzib edib: "Əgər bunu deyirsə, deməli, o, əsl fırıldaqçıdır. Mən ondan pul istəməmişəm".
Ablyazov qaçaq qazax oliqarx və müxalif siyasətçidir, vətənində müxtəlif cinayətlərə, o cümlədən 6 milyard dollara yaxın oğurluğa görə məhkum olunub.
Telegram kanalımız