“Mənə enerjili adamlar lazımdır“ - Röyadan qalmaqallı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Mənə enerjili adamlar lazımdır“ - Röyadan qalmaqallı açıqlama

Şou

09 Oktyabr 2022 08:22 1113


"Bəziləri arada yazır ki, hanı köhnə mahnılar? Bilirsiz nə vaxt gələcək? Gözəl stress keçirən, sevən, qaynağın olmayacağı, dırnağın özününkü olan, orana-burana qaş düzdürməyəcəyin vaxt gələcək".

“Yeni Sabah” Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan sosial şəbəkədə paylaşdığı videoda deyib. Müğənni yeni mahnılarını bəyənməyənlərə cavab verib:

"Biz hər gün böyüyürük, niyə keçmişdə qalırıq? Köhnə mahnılar... Köhnə mahnını oxuyub Röya olmuşam. Adıma görə qazanıram. Əvvəl qazancımı adıma qoyurdum, bu gün adımla qazancı geri qaytarıram. Hər gün çıxan mahnının bir adı, sosial problemi var. Adama deyərlər, niyə keçmişdə qalırsan? Sən keçmişdə qalmırsan, mən qalmalıyam? Mənə qulaq asanlar bilir ki, lirikanın anasıyam. Amma insanların xoşbəxt günlərinə dəvət alıram. Mənə şən musiqilər, enerjili adamlar lazımdır. Bütün gecəni lirik mahnı oxuya bilmərək ki..." pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!