“Mənə görə Doğuşa nələr yazırlar” - Xoşqədəmdən etiraf 

“Mənə görə Doğuşa nələr yazırlar” - Xoşqədəmdən etiraf 

Şou Veb saytların hazırlanması

03 Dekabr 2023 10:40 566


Aparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı, türkiyəli müğənni Doğuşun yeni işıq üzü görən "İnsafsız/Bir sana yandım" mahnısından danışıb. 

Axşam.az xəbər verir ki, Xoşqədəm Doğuşun ifasına ona görə mənfi şərhlər yazıldığını deyib:

"Klip, səs gözəl. İbrahim Erkaldan sonra bunu oxumaq... Yazılan şərhlərə baxıram. Nələr yazırlar... Burada mən faktoru var, bilirəm. Əsasən də Türkiyədə yazılanların hamısını oxudum. Burada mən varam deyə, qısqanırlar. Şərhlərə baxıb, üzülürəm. İstəyirəm onlar o qədər xoşbəxt olsunlar ki, heç mənfi yazmasınlar".

Qeyd edək ki, Türkiyənin bir çox sənətçisinin yer aldığı "İbrahim Erkal Hürmet" layihəsi çərçivəsində müğənni Doğuşun səsləndirdiyi "İnsafsız/Bir Sana Yandım" mahnısı təqdim edilib. Bəstənin söz və musiqisi Erkalın özünə məxsusdur. Recep Yengingünün rejissorluğu ilə sözügedən mahnıya klip də çəkilib. Mahnını Doğuş dekabrın 10-da Türkiyədə gerçəkləşəcək "İbrahim Erkal Hürmet" konsertində də səsləndirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!