"Tıxaca görə toya 1 saat gecikmişdim. Toy sahibinə dedim ki, “saat 1-ə, 2-yə kimi oxuyaram”. Gecikmişdim deyə saat 3-ə işləmişə qədər oxudum".
Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Söhbət var" verilişində toyda başına gələn hadisəni danışarkən deyib.
Sənətçi toya gecikdiyinə görə pulunun kəsildiyini deyib: pizza hut
"Alacağım pulu kəsdilər. Məni ağlamaq tutdu, əsəbimdən pulu restoranın pilləkənlərinə tulladım. Toy sahibinin vicdanı yol verməmişdi, səhəri gün pulu artıqlaması ilə çatdırmışdılar”.
Telegram kanalımız