“Məni bağına çağırdı, getmədim, bir neçə gün sonra öldü”

saytların hazırlanması

Evə çatdırılma

“Məni bağına çağırdı, getmədim, bir neçə gün sonra öldü”

Şou

18 İyun 2023 11:44 1982


"Bəzən Oqtay Rəcəbova çox ehtiyacım olur. Problemim, çətinliyim olanda onun məsləhətinə ehtiyacım olurdu". 

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişində deyib. Əməkdar incəsənət xadimi oqtay Rəcəbovdan danışan aparıcı onun son istəyini yerinə yetirmədiyini deyib:

"Ən son məni bağına çağırmışdı. Dedi ki, gəl xanımla birlikdə oturaq. Vaxtım olmadı getməyə. Ondan bir neçə gün sonra vəfat etdi. İnsanların son çağrışlarına getməmişəm. Bu da Allahın mənə verdiyi cəza olub. Qardaşımın, Oqtay Rəcəbovun, sevdiklərimin son çağrışında getmədim".  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!