Niyam Salami həmkar dostundan gileyini dilə gətirib.
Yenisabah.az milli.az-a istinadla xəbər verir ki, Aynur Dadaşova ilə arası dəyən müğənni bildirib:
"Sənə qardaş deyən, yaxın dostun bilərək ki, o adam mənə pislik edir, heç nə demir. Məni yarım milyonluq saxta sənədə qol çəkdirən adamla iş birliyi edir. Onun adını çəkmirəm hələ ki.. Həmin adam "Allah" kəlməsi bilmir. O qədər zülm çəkmişəm ki, Xatunla birgə ağlamışıq. Baş verənləri bilir. Bu, ciddi bir məsələdir. pizza mizza
Köhnə şərikimin dayısı və dostları, bilərəkdən saxtakarlıq var, məni bu addımı atmağa sövq etdilər. Bunları bilərəkdən Aynur da o insanla işbirliyi etdi. Ona görə çox incimişəm. İnsanam, dəridən və ətdən ibarətəm. Hazırda sadəcə salam-sağolumuz var. Mənə çox haqsızlıqlar olub, haradasa çıxıb danışmışam?!"
Telegram kanalımız