Rəqqasə Rəna Ağamuradovanın (Renka) rəsmi nikah və yenidən ailə qurmaqla bağlı fikirləri canlı yayımda müzakirələrə səbəb olub. Aparıcı İsa Şükürov onun nikahsız münasibəti təbliğ etdiyini bildirərək bu yanaşmanı tənqid edib. Renka isə fikirlərinin şəxsi düşüncələri olduğunu və heç kimi bu istiqamətə yönləndirmədiyini deyib.
“Yeni Sabah” xəbər verir ki, “Sevilən səhərdə” verilişində qonaq olan Renka şəxsi həyatı, münasibətləri və ailə qurmaqla bağlı düşüncələrini bölüşüb.
Rəqqasə bildirib ki, işinin və həyat tərzinin xüsusiyyətlərinə görə münasibətdə olduğu insana kifayət qədər vaxt ayıra bilmir: Pepperoni pizza
“Mənim işimlə savayı, mənim həyat tərzimlə savayı mən həmin insana çox da vaxt ayıra bilmirəm. Ona görə qısqanclıqlar başlayır, ona görə bir az bu bir şey, amma çox şükür, indiki insan çox mənə anlayışdadır, mənim yanımdadır, mənə dəstək olur. Mən bir dəfə istədiyim insanla ailə qurmuşam, ondan övladlarım da olub. Ona böyük hörmətim var. Demək istəyirəm ki, mənim üçün bir dəfə ailə həyatı yaşamaq kifayət edib. Mən həmin insandan ailə həyatının nə olduğunu öyrənmişəm. İkinci dəfə ailə qurmaq isə mənim üçün lazım deyil. Pasportdakı möhür mənə vacib deyil”.
Aparıcı İsa Şükürov isə bu fikirlərə etiraz edərək nikahsız münasibətin təbliğinin yanlış olduğunu bildirib.
Renka isə açıqlamasının təbliğat məqsədi daşımadığını, sadəcə şəxsi yanaşmasını ifadə etdiyini deyib:
“Mən heç kimi bu fikrə yönləndirmirəm, nə də təbliğat aparmıram, sadəcə öz düşüncəmi bölüşürəm. Mənim üçün əsas odur ki, insan məni sevsin, yanımda olsun və mənə dəstək versin. Məni olduğum kimi qəbul etsin və sevsin. Mənə bunlar kifayətdir. Bəlkə də, mən özümü düzgün ifadə edə bilmirəm. Çünki həmişə rus dilində danışdığıma görə fikirlərimi Azərbaycan dilində izah etməkdə bir az çətinlik çəkirəm. Mən ailə həyatı qursam, düşünürəm ki, bütün diqqətimi ailəmə yönəltməliyəm. Amma hazırda özümlə o qədər xoşbəxtəm ki... Bütün günümü uşaqlarımla, itlərimlə, pişiklərimlə keçirirəm. Özümü çox xoşbəxt hiss edirəm. Elə buna görə də yenidən ailə quranda bütün fikrimi ailəmə yönəltməli olacağımı düşünürəm. Halbuki indiki həyatımda çox xoşbəxtəm”.
Renkanın rəsmi nikaha münasibəti ilə bağlı açıqlaması verilişdən sonra social şəbəkələrdə də fikir ayrılığına səbəb olub.
Əsmətxanım Rzazadə
Telegram kanalımız