“Mənim vəzifədə qalmağım dəqiq bilinmir” - Misir Mərdanov danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Mənim vəzifədə qalmağım dəqiq bilinmir” - Misir Mərdanov danışdı

Sosial

02 Dekabr 2022 09:00 1252


Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov elm və təhsil naziri Emin Əmrullayevlə görüşündən danışıb. 

“Yeni Sabah” xəbər verir ki, sabiq təhsil naziri Qaynarinfo-ya açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib: 

"Rəhbəri olduğum Riyaziyyat və Mexanika İnstitutu da nazirliyin balansına keçib. Nazir gəlib institutla ilə tanış oldu. Yanvar ayının 1-də nazirliyə keçidlə əlaqədar müzakirələr apardıq". Marqarita pizza

Misir Mərdanov həmçinin bildirib ki, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru vəzifəsində qalıb-qalmaması məsələsinə sonra baxılacaq: 

"Mənim vəzifədə qalmağım dəqiq bilinmir. Bu məsələ nazir və sözügedən qurumun vəzifəli şəxslərindən aslıdır. Görüşdə bu məsələ müzakirə mövzusu olmadı".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!