“Mənliyi, şəxsiyyəti üçün...” - Nazpəri və Könül arasında gərginlik - Video

saytların hazırlanması

Evə çatdırılma

“Mənliyi, şəxsiyyəti üçün...” - Nazpəri və Könül arasında gərginlik - Video

Şou

05 Fevral 2020 11:41 1497


"5/5" verilişinə qonaq gələn Xalq artisti Nazpəri Dostəliyevanın Əməkdar artist Könül Kərimovadan başqa hər kəslə görüşməsi tərəflər arasında küsülülük olduğunu üzə çıxarıb.

Yenisabah.az xəbər verir ki, bu barədə müxtəlif iddialar da ortaya çıxıb. Bildirilir ki, reklam fasiləsindən sonra xanım həmkarı ilə eyni verilişdə əyləşmək istəməyən Nazpəri xanım kulisdə gözləyib.

Nadir Qafarzadənin ifasından sonra isə K. Kərimova da onunla birgə studiyadan gedib. Dördpendirli pizza

K.Kərimova studiyanı tərk etdikdən sonra isə Nazpəri Dostəliyeva "İllər keçə bilər, əsas odur ki, insan etibarlı, sadiq olsun. Heç olmasa o, kəsdiyi çörəyi ayaqlamasın. Heç kim üçün yox, özü üçün, öz vicdanı üçün, öz mənliyi üçün, öz şəxsiyyəti üçün. Bax, bu, çox qəliz məsələdir. Əslində, adi bir şeydir" ifadələrini işlədib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!