Xalq artisti Mənsum İbrahimov Gəncədə keçiriləcək yubiley konsertini təxirə salıb.
"Yeni Sabah" xəbər verir ki, buna səbəb Türkiyə hərbi təyyarəsinin Gəncədə qəzaya uğraması olub:
"Əziz gəncəlilər, yubileymlə bağlı bu gün axşam Gəncə Dövlət Filarmoniyasında konsertim planlaşdırılmışdı. Lakin dünən qardaş Türkiyə Cümhuriyyətinin hərbi təyyarəsində baş verən qəza səbəbilə konsertimizi təxirə saldıq. Vaxt ilə bağlı məlumat verəcəyik. 20 şəhidimiz var. Acınız acımızdır. Başınız sağ olsun. Allah şəhidlərimizə rəhmət etsin. Anlayışınız üçün təşəkkür edirik". pizza sifarişi
Qeyd edək ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 hərbi nəqliyyat təyyarəsi noyabrın 11-də Azərbaycandan qayıdarkən Gürcüstan ərazisində qəzaya uğrayıb. Nəticədə göyərtədə olan 20 hərbçi həlak olub.
Aydan Hacı
Telegram kanalımız