Mənzillə təmin ediləcək şəhid ailəsi və müharibə əlillərinin sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Mənzillə təmin ediləcək şəhid ailəsi və müharibə əlillərinin sayı açıqlandı

Sosial

25 Fevral 2021 14:51 841


2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi evlə təmin ediləcək.

Yenisabah.az-ın məlumatına görə, bu barədə bu gün Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində bildirilib.

Məlumat verilib ki, bu, Prezident İlham Əliyevin bu ilin yanvarında imzaladığı Sərəncamla təsdiq olunmuş proqramlara əsasən təmin ediləcək. Sezar pizza

Qeyd edək ki, bu gün Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!