Mərhum aktyorun hamını kədərə boğan açıqlaması ortaya çıxdı: “Ölümdən...”   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Mərhum aktyorun hamını kədərə boğan açıqlaması ortaya çıxdı: “Ölümdən...” - VİDEO

Şou

07 Yanvar 2025 14:39 1397


“Ölümdən niyə qorxasan, ölüm haqdır...”

Yenisabah.az xəbər verir ki, bu sözlər mərhum aktyor Azər Baxşəliyevə aiddir. Sənətçi vaxtilə müsahibələrinin birində ölümlə bağlı danışıb və qorxmadığını ifadə edib:

“Ölüm ola bilər ki, heç sənə qorxu imkanı yaratmasın. Sən bilmirsən nə vaxt nə ola bilər. Ölüm elə vaxt gələ bilər ki, sən onu heç gözləmirdin. Yəni heç o barədə düşünmürdün ki, qorxasan. Elə şey olmur. Bu iş əvvəl-axır hamının başına gələcək. Onu olduğu kimi qəbul etmək lazımdır. Necə ki insan xəstələnir, yatır, oyanır, sevir, işə gedir. Bir gün bunun hamısı kəsiləcək. Bunu hamımız bilirik. Ondan qorxsan da, qorxmasan da bu baş verəcək. Ona görə bunu normal qəbul edirəm və deməzdim ki, qorxuram. Tez olmağını da istəməzdim. Amma bu qismətdir. Baxırsan, sağlam insan hansısa anda heç nədən həyatının sonuna gəlib çatır, hansısa qəzada həyatını itirir. Ondan heç kəs sığortalanmayıb. Mənə elə gəlir ki, burada qorxmalı bir şey yoxdur”.  pizza sifarişi

A.Baxşəliyev ölümdən qorxan insanlarla bağlı maraqlı açıqlama da veribmiş:

“Ölümdən qorxan insanlar yəqin ki, həyatını düz yaşamayanlardır. Çünki cavab verməli olacaqsan. Əgər normal yaşamısan, heç nədən peşman deyilsənsə, düzü hamı bilir. Bəzi insanlar ona göz yumur ki, mən beləyəm, bunu edirəm və mənim üçün düz budur. Amma ürəyində bilir ki, nəyisə düz etməyib. Həmin an sənin ürəyində qalıbsa, yəqin ki sən qorxacaqsan və deyəcəksən ki, burada mən düz etməmişdim. Ola bilsin cavab verə bilməyim. Elə şey yoxdursa, ölümdən niyə qorxasan? Necə deyərlər, ölüm haqdır”.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!