Mərkəzi Bank digər inzibati binalarına dair məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Mərkəzi Bank digər inzibati binalarına dair məlumat yaydı

İqtisadiyyat

12 Avqust 2026 15:12 64


Azərbaycan Mərkəzi Bankı (AMB) fəaliyyətini yeni inzibati binada davam etdirməsi fonunda digər inzibati binaları ilə bağlı vəziyyətə aydınlıq gətirib.

"Yeni Sabah" xəbər verir ki, AMB "Mərkəzi Bank haqqında" qanunun 2.2-ci maddəsinə əsasən AMB müstəqil balansa, nizamnamə fonduna və digər əmlaka malik olduğunu xatırladıb.

Balansda olan əmlaka Mülki Məcəlləyə uyğun olaraq sahiblik, istifadə və sərəncam hüquqları həyata keçirilir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, AMB-nin razılığı olmadan fondunun və digər əmlakının özgəninkiləşdirilməsinə yol verilmir. Pepperoni pizza

Həmin qanunun 6.2-ci maddəsinə əsasən AMB iqtisadi müstəqilliyə malik olmaqla aktivlərinin satışından və yaxud onlara digər tərzdə sərəncam verilməsindən daxil olan vəsaitlər onun gəlirlərinə aid edilir. AMB-nin yeni izibati binasına köçmə prosesi ilə əlaqədar texniki işlərin tam başa çatdırılmaması ilə əlaqədar olaraq balansda olan digər inzibati binalarla bağlı hər hansı qərar qəbul edilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!