Azərbaycan Mərkəzi Bankı ölkədə xarici valyutaların bu günə olan rəsmi məzənnələrini elan edib.
“Yeni Sabah” xəbər verir ki, rəsmi məlumata görə, ABŞ dollarının məzənnəsi dəyişməz qalaraq 1.7000 AZN səviyyəsində qərarlaşıb.
Avro və Rusiya rublunun məzənnəsində isə fərqli dinamika qeydə alınıb. Avro bahalaşaraq 1.9493 AZN-ə yüksəlib, 100 Rusiya rublu isə ucuzlaşaraq 2.1935 AZN təşkil edib. Türkiyə lirəsinin rəsmi məzənnəsi isə 0.0361 AZN səviyyəsində müəyyən olunub. Dominos pizza
Telegram kanalımız