Mərkəzi Bank sahibkarların xərclərinin azaldılması üçün bir sıra “Interchange” tariflər üzrə yuxarı hədlərin müəyyənləşməsini nəzərdə tutur. Bəs bu addımın qiymətlərə hər hansı bir təsiri olacaq?
Yenisabah.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bunun sadəcə kart ödənişləri üçün nəzərdə tutulduğunu bildirib:
“Interchange” tariflər üzrə yuxarı hədlərin müəyyənləşdirilməsi sahibkarlara bir sıra məsələlərdə müsbət təsir edəcək. Bunlardan biri kartla olan ödənişlərin daha az xərclə həyata keçirilməsidir.
Əksər sahibkarlar kartla ödənişdən imtina edir. Buna səbəb belə alış-verişlərdə olan komissiya haqqıdır. Bəzilərinin bundan imtina etməsində məqsədi vergidən yayınmaqdır. Ancaq dəyişiklik vasitəsilə kartla edilən ödənişlərdə transaksiya xərcləri müəyyən qədər azalacaq”.
Ekspert sahibkarlar üçün olan dəyişikliyin qiymətlərə təsir etməsindən də söz açıb:
“Bu addım qida və qeyri-qida məhsullarının qiymətlərinə təsir göstərməyəcək. Buna görə də, aptek və marketlərdə nəzərəçarpacaq dərəcədə ucuzlaşma gözlənilmir”.
Aytac Şahin
Telegram kanalımız