“Məsciddə donuz saxlayan tayfaya nə ad vermək olar?“ - İzzət   ƏSƏBLƏŞDİ

saytların hazırlanması

Evə çatdırılma

“Məsciddə donuz saxlayan tayfaya nə ad vermək olar?“ - İzzət ƏSƏBLƏŞDİ

Şou

02 Noyabr 2020 15:26 1141


“Məscidlərimizdə donuz saxlayan tayfaya nə ad vermək olar? Yalnız murdar xislətlərini ortaya çıxarırlar".

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov qonaq olduğu verilişdə deyib.

İfaçı ermənilərin tarix boyu oğurluqla məşğul olduğunu bildirib: pizza hut

“Prezident İlham Əliyevin və güclü Ordumuzun sayəsində mənfur düşmənlərimiz tərəfindən zəbt olunan torpaqlarımızın əksər hissəsi işğaldan azad olunub. Azad olunan torpaqlarımızın görüntülərini izləyəndə ermənilərin çirkin əməlləri üzə çıxır. Belə ki, düşmənlərimiz ata-babalarımızın yurd saldığı evləri darmadağın ediblər. Elə kəndlərimiz var ki, orada yaşayış belə yoxdur. Torpaqlarımızı oğurladıqları bəs etmirmiş kimi Azərbaycan mahnılarına da əl atırlar. Hətta bir çox bəstələrimizi oğurlayaraq erməni dilində ifa ediblər".

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!