Məscidə dua etməyə gedən Əkbər Əlizadə cərimələndi 

saytların hazırlanması

Evə çatdırılma

Məscidə dua etməyə gedən Əkbər Əlizadə cərimələndi 

Hadisə

08 Sentyabr 2026 08:46 210


Aktyor, televiziya aparıcısı, Əməkdar artist Əkbər Əlizadə ibadət üçün məscidə gedən zaman cərimələnib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

“Bibiheybət məscidinə gəlib, dua etməklə cərimə olundum. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) maşınlarını çəpəki (diaqonal) saxlayanlara cərimə yazır. Diqqətli olun. AYNA, Camaatın narazılıqlarını nəzərə alın”, - aktyor bildirib. Dördpendirli pizza

Məsələ ilə bağlı AYNA-nın mətbuat katibi Tural Orucov isə “Bakupost”a bildirib ki, sözügedən cərimə AYNA tərəfindən tətbiq olunmayıb: “Cərimə bizə aid deyil”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!