“Məşədi Dadaş” məscidinə qadın dini ayinlər icraçısı təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

“Məşədi Dadaş” məscidinə qadın dini ayinlər icraçısı təyin edildi

Sosial

18 May 2023 16:24 769


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Məşədi Dadaş” məscidinə qadın dini ayinlərin icraçısı təyin edib.

Yenisabah.az xəbər verir ki, Dövlət Komitəsi sədrinin əmri ilə bu vəzifəyə Elnarə Orucova təyinat alıb.

E.Orucova İslam dininə aid ibadət yerlərinə qadın dini ayinlərin icraçısı vəzifəsini tutmaq üçün Dövlət Komitəsinin təşkil etdiyi müsahibədən yüksək bal toplayaraq uğurla keçib. pizza mizza

O, Bakı İslam Universitetində bakalavr təhsili alıb, 2022-ci ildə Azərbaycan İlahiyyat İnstitutunun magistratura pilləsini bitirib. Din sosiologiyası üzrə təhsil alan E.Orucovanın magistr işi “Din və modernizasiya münasibətləri: sosioloji təhlil” mövzusunda olub.

Qeyd edək ki, bununla da Dövlət Komitəsi tərəfindən təyinat almış qadın dini ayinlərin icraçılarının sayı 17 nəfərə çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!