Meşələrin zərərvericilərdən qorunması məqsədilə monitorinqlər keçirilir 

Meşələrin zərərvericilərdən qorunması məqsədilə monitorinqlər keçirilir 

Sosial

24 Yanvar 2023 16:14 255


Son dövrlərdə respublikamızın şimal-qərb bölgəsində rast gəlinən qəhvəyi mərmər bağacığı zərərvericisinin yayılmasının qarşısını almaq məqsədilə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirliklərinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarından ibarət qrup tərəfindən monitorinqlər davam edir. 

ETSN-in Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev Yenisabah.az-a bildirib ki, hazırda mütəxəssislərlə birgə Zaqatala-Balakən zonasının meşə fondu torpaqlarında və meşə sahələrinə yaxın ərazilərdə müvafiq müayinə və müşahidə işləri aparılır. 

“Aparılan monitorinqlərin nəticəsinə uyğun olaraq zərərvericilərə qarşı müvafiq tədbirlər görülür”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!