Məşhur aktyorun məzarı insanları üzdü - Qəbirə gələn it, pişiklər... +   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Məşhur aktyorun məzarı insanları üzdü - Qəbirə gələn it, pişiklər... + FOTOLAR

Şou

25 Noyabr 2024 14:42 1145


Türkiyəli tanınmış aktyor Tarık Akanın məzarı müzakirələrə səbəb olub.

Yenisabah.az xəbər verir ki, ustad sənətçinin məzarının betonla örtüldüyünü görənlər təəccüblərini gizlədə bilmirlər. İllərlə ateist olduğu deyilən və dəfn olunmaq istəməyən aktyorun məzarının quruluşu suallar doğurub.

2016-cı ildə dünyasını dəyişən aktyorun məzarı betonla örtülüb və maili arx var. Yağış suyu və Akanın məzarına gələnlərin qəbrə tökdüyü su bu arxda toplanır. Beləcə, qəbirə gələn quşlar, pişik və itlər isti havada yığılan suyu rahatlıqla içə bilirlər. Marqarita pizza

Tarık Akanın oğlu sosial mediada tez-tez istifadə olunan “O ateist idi” ittihamlarına cavab verib:

“Məscidin imamına zəng edib soruşa bilərlər ki, iş düzgün aparılıb. Hər şey İslam üsulları ilə edilib. “Dinsiz” olmaqda ittiham olunmaq əlbəttə ki, ağırdır! Biz ailə olaraq dindar insanlarıq, müsəlmanıq. Düşünürük ki, din Allahla bəndə arasındadır, onu reklam etmək olmaz. Biz də atam kimi düşünürük. Atam ateist deyildi. O, dövlət və din işlərinin bir-birindən ayrılmalı olduğunu düşünənlərdən idi”.

Aytac Şahin


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!