Məşhur amerikalı musiqiçi Cennifer Finç vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Məşhur amerikalı musiqiçi Cennifer Finç vəfat etdi

Dünya

19 İyul 2026 17:56 163


ABŞ-nin "L7" rok qrupunun vokalçısı və bas-gitaraçısı Cennifer Finç uzun sürən xəstəlikdən sonra 59 yaşında vəfat edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "L7" qrupunun saytında yerləşdirilən bəyanatda bildirilir.

"O, uzun müddət və cəsarətlə beyin xərçəngi ilə mübarizə apardı. Cennifer bir çox gözəl dostları, sənət yoldaşları və bütün dünyadakı pərəstişkarları tərəfindən çox sevilirdi", - deyə məlumatda bildirilir. Dominos pizza

Finç 1986-cı ildə "L7" qrupuna qoşulub və qrupun ən məşhur albomlarının: "L7" (1988), "Smell the Magic" (1990), "Bricks Are Heavy" (1992) və "Hungry for Stink" (1994) albomlarının ərsəyə gəlməsində iştirak edib. 1996-cı ildə vokalçı "L7" qrupunu tərk edib və sonradan səhhətindəki problemləri gedişinin əsas səbəblərindən biri kimi göstərib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!