Məşhur futbolçu evləndi -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Məşhur futbolçu evləndi - VİDEO

İdman

04 May 2026 09:23 216


Azərbaycanın məşhur futbolçusu Elvin Yunuszadə evlənib.  

“Yeni Sabah” xəbər verir ki, hazırda “Karvan Yevlax” klubunun heyətində çıxış edən 33 yaşlı tərcübəli müdafiəçi sevdiyi xanımla nikaha daxil olub.

Paytaxtın dəbdəbəli şadlıq saraylarından birində təşkil olunan toy mərasimində məşhur futbolçular da iştirak ediblər.

Xatırladaq ki, Elvin Yunuszadə 1992-ci il avqustun 22-də Qazax rayonunda anadan olub. Peşəkar kariyerasına “Neftçi” klubunda başlayan xavbek, müxtəlif illərdə “Simurq”, “Qarabağ”, “Sabah” və “Qəbələ”, Şimali Makedoniyanın “Şkupi” kimi komandaların şərəfini qoruyub. O, 5 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi adını qazanıb.

E.Yunuszadə milli komandanın heyətində də çıxış edib.

Nazim Hacıyev


 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!