Məşhur kardioloq 100 il yaşamağın   SİRRİNİ AÇDI

saytların hazırlanması

Evə çatdırılma

Məşhur kardioloq 100 il yaşamağın SİRRİNİ AÇDI

Sosial

07 İyun 2026 20:45 243


100 ildən çox yaşayan insanların uzunömürlülük sirri bəlli olub. Üstəlik bu faydalı qida bəlkə də hazırda soyuducunuzda var.

“Yeni Sabah”ın araşdırmasına əsasən Türkiyəli kardioloji professoru  Dr. Muhammed  Keskin bildirib ki, gündə 3 porsiya qatıq yemək ömrü uzadır:

“Günümüzdə sağlamlıq və uzunömürlülük barədə çox sayda araşdırmalar aparılır, fərqli pəhriz siyahıları tez-tez gündəmə gəlir. Lakin əsl möcüzə, əsrlərdir süfrəmizdən əskik etmədiyimiz çox doğma və təbii bir təamda gizlənib: Qatıq. Pepperoni pizza

117 il sağlam ömür sürən qadının rasionu araşdırılarkən məlum olub ki, bu uzunömürlülüyün gizli açarı gündə 3 porsiya qatıq yeməkdir”.

Professor Dr. Məhəmməd Keskinin (Muhammed Keskin) təqdim etdiyi diqqətçəkən məlumatlara görə, 117 il yaşayaraq tibb dünyasını təəccübləndirən qadının ən böyük sağlamlıq sirrinin qatıq olduğu açıqlanıb:

“Araşdırmalar bu uzunömürlü qadının hər gün müntəzəm olaraq üç porsiya qatıq qəbul etdiyini göstərir. Bu, sadəcə adi bir qidalanma vərdişi deyil; hüceyrə yaşlanmasını ləngidən və bədəni xəstəliklərdən zireh kimi qoruyan güclü bir sağlamlıq ritualıdır. Lakin mütəxəssislər mühüm bir məqamda xəbərdarlıq edirlər:

“İstehlak edilən hər qatıq eyni möcüzəvi effekti vermir. Uzun ömrün sirri qatığın mayasındadır: Market qatıqları eyni effekti verirmi? Qatığın ömrü uzatmasının səbəbi tərkibindəki bioloji zənginlikdir.

Məhəmməd Keskinin bildirdiyinə görə, bu sirr xüsusi bir Lactobacillus ştamı və Streptococcus thermophilus adlı iki faydalı bakteriyada gizlidir:

“Bu mikroorqanizmlər bağırsaq florasını yenidən quraraq immuniteti maksimum dərəcədə gücləndirir. Yəni əsas məsələ sadəcə qatıq yemək yox, doğru bakteriyalarla mayalanmış canlı probiotik mənbəyi qəbul etməkdir”.

Market qatıqları gözləntiləri qarşılayırmı?

Bakteri zənginliyi azdır: Kommersiya məqsədilə və rəf ömrünü uzatmaq üçün istehsal edilən market qatıqlarında bu mühüm bakteriyaları yüksək nisbətdə tapmaq çətindir. Standart kulturlarla mayalandığı üçün onların probiotik sıxlığı daha aşağı olur.

Prof. Dr. Keskin market qatıqlarının qətiyyən "zərərli" olmadığını və sağlam bir qıda seçimi sayıldığını vurğulayır:

“Lakin mövzu maksimum fayda və uzun ömür olduqda, bu məhsullar canlı bakteriya zənginliyi baxımından zəif qalır. Qatığın saysız-hesabsız faydaları olsa da, ondan şüurlu şəkildə istifadə etmək vacibdir. Xüsusilə inək südünə allergiyası olan şəxslər risk etməməli və qatıq istehlakında ehtiyatlı olmalıdırlar. Lakin tibb dünyası burada tez-tez qarışdırılan iki mühüm məqama diqqət etməlidir”.

İnək südü allergiyası: Cəmiyyətdə görülmə tezliyi olduqca aşağıdır. Bu allergiyadan əziyyət çəkənlər qatıqdan uzaq durmalıdır.

Laktoz intoleransı (dözümsüzlüyü): Çox daha geniş yayılan bir haldır. Laktoz həssaslığı olan insanlar qatığı problemsiz qəbul edə bilirlər. Çünki mayalanma (qıcqırma) prosesi sayəsində qatığın tərkibindəki laktoz böyük ölçüdə parçalanır.

Uzun və sağlam bir ömür üçün bu iki fərqli vəziyyəti düzgün ayırd etmək və rasionu buna uyğun qurmaq olduqca önəmlidir.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!