Məşhur müğənni avtobusa mindi, sərnişinlərə “konsert” verdi   - Video

saytların hazırlanması

Evə çatdırılma

Məşhur müğənni avtobusa mindi, sərnişinlərə “konsert” verdi - Video

Şou

14 İyul 2023 16:59 1204


Avtobusa minən türkiyəli müğənni Mahsun Kırmızıgül sərnişinlərə “konsert” verib. 

Yenisabah.az xəbər verir ki, ifaçı istirahətə getdiyi Alaçatıda taksi tapa bilmədiyi üçün sərnişin avtobusuna minib. Pərəstişkarları ilə qarşılaşan Kırmızıgül səyahət boyu sevilən mahnılarını onlar üçün səsləndirib. 

Ölkəni dərindən sarsıdan zəlzələ fəlakətlərindən sonra etdiyi yardımlarla gündəmə gələn Kırmızıgülün bu səmimi davranışı hər kəsi təəccübləndirib.

Türkiyəli müğənni baş verən hadisədən sonra çəkilən kadrları sosial şəbəkə hesabında paylaşıb.  O, paylaşımına "Budur xalq konserti, möhtəşəm idi" -, deyə şərh verib. 

Gülxanım ƏLİYEVA 

Həmin anları təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!