Türkiyəli müğənni Gökselin makiyajsız görüntüləri hər kəsi təəccübləndirib.
Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənninin bu görüntüləri son günlər sosial şəbəkələrdə xeyli müzakirələrə səbəb olub.
Tənqidlərlə üzləşən sənətçi bu barədə açıqlama verib. O, təbii halını daha çox sevdiyini deyib: Dördpendirli pizza
"Bədənimiz haqqında danışılan söhbətlər haqsızlıqdır. Xəbərin ardınca gələn şərhlərin çirkinliyini görməlisiniz. Səhnədə olmadığım vaxtlar makiyaj etmirəm. Təbii görünmək xoşuma gəlir. Dəfələrlə makiyajsız müsahibə vermişəm. Şəkillərdən də göründüyü kimi həmin gün bir az yorğun hiss edirdim".
Telegram kanalımız