Oğrular məşhur müğənninin qızını huşsuz hala gətirib...  - Foto
20 Okt 2019 13:59
272

Oğrular məşhur müğənninin qızını huşsuz hala gətirib... - Foto

Türkiyənin məşhur müğənnisi Hakkı Buludun qızını speylə huşsuz vəziyyətə salaraq evini qarət ediblər.

"Yeni Sabah" xəbər verir ki, İstanbulda oğrular Hakkı Buludun evindən oğurluq edilib.

Müğənni səhər saat 06.30-da idman etmək üçün evindən çıxıb. Bu zaman evə daxil olan iki kişi Hakkı Buludun evdə yatan qızı Naz Buludun üzünə sprey sıxaraq onu huşsuz hala salıblar. Oğrular evdən 12 bin 500 lirə dəyərində əşya aparıblar.

Mühafizə kamerasına yaxalanan oğrulardan biri A.T. polis tərəfindən tutulub. Diğəri isə axtarışdadı.

Oxşar xəbərlər